Newscenter.sz.26.02.2020. Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, onlara faciəyə həsr olunan ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil edilib.