Newscenter.az.26.02.2020. Masallı rayonunda qətl hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, ilk xəbəri baku.ws saytı yazıb.