Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ombudsman aparatının nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar



Newscenter.az.26.02.2020. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqlar hospitalın müxtəlif şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibbi xidməti və təminatla maraqlanıblar.

Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.
Xəbəri paylaş