Newscenter.az.28.02.2020. Azərbaycan neftinin qiyməti kritik həddə enib - 52 dollar. Büdcədə isə 55 dollardan hesablanıb. Ucuzlaşma tendensiyasının yaxın aylarda da davam edəcəyinin gözlənilməsi yeni devalvasiya riskləri yaradır.
DTX-nın bu yaxınlarda həyata keçirdiyi əməliyyatlar Azərbaycan rayonlarındakı korrupsiya şəbəkəsini rəsmən təsdiqlədi - rayonun ən böyük iş adamı icra başçısıdır - əsas biznes təsisatları ona məxsusdur, üstəlik hətta məktəblərdə yığılan süpürgə pulunda da payı var. Məsələni başqa bir yozumu da odur ki, rayonlarda real iqtisadiyyat adına nə varsa icra başçılarına məxsusdur. Təbii ki, icra başçıları özlərinə eqib gördükləri ciddi investorları yaxına buraxmaq belə istəmir. Yeni iş yerləri özəl sektorda yox, dövlət investisiyaları hesabına yaradılır. Neft ucuzlaşdıqca həmin investisiya layihələrinin də taleyi sual altına düşəcək.
Bu, problemin bir hissəsidirr. İkinci hissə isə ondan ibarətdir ki, icra başçıları (eləcə də başqa məmurlar) bizneslərindən gələn gəlirləri, büdcədən oğurladıqlarını və yığdıqları rüşvəti Avropa və başqa öllkələr daşıyır, daşınmaz əmlak alır, biznes qururlar. Yənə həmin pullar ölkədə yeni biznes layihələrinə yatırılsaydı, iqtisadiyyat bundan nəsə faydalıana bilərdi
Onu da qeyd edim ki, vəziyyət 2015-ci ilin böhranından da kritikdir. Çünki 2015-ci ilin martına qədər - Rusiya Krımı işğal edən qədər Azərbaycan rayonlarına Rusiyadan böyük pullar axırdı. Ancaq Krımın işğalından sonra Qərbin Rusiyaya sanksiya tətbiq etməsi və investisiya yatırımını dayandırması səbəbində pullar tədricən azaldı, indi isə minimuma enib. Bu vəziyyətdə neftin ucuzlaşması 2015-ci ilin böhranından da böyük börana səbəb ola bilər. Belə getsə, Azərbaycan hökuməti də Koronavirusa yoluxacaq!
Qadir İbrahimli-iqtisadçı ekspert