Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOCAR prezidenti Gürcüstan və Türkmənistan rəsmiləri ilə görüşüb



Newscenter.az.28.02.2020. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VI iclası çərçivəsində Azərbaycanda səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevlə görüş keçirib.

“Report” xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin əhəmiyyəti, bu layihə çərçivəsində mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Türkmənistanın gələcəkdə layihəyə qoşulması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Xəbəri paylaş