Newscenter.az.28.02.2020. Martın 5-də Tbilisidə Azərbaycan və Gürcüstanın iş adamlarının iştirakı ilə biznes forumu keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, tədbir Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının təşəbbüsü ilə baş tutacaq.
Biznes forumda iki ölkə arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, Gürcüstanda investisiya mühiti və biznes imkanlar, Gürcüstan-Azərbaycan enerji tərəfdaşlığı və digər mövzularda sessiyalar təşkil olunacaq. Tədbir çərçivəsində Azərbaycan və Gürcüstan şirkətlərinin təqdimatları da olacaq.
Forumda Gürcüstanın rəsmi şəxslərinin, SOCAR, BP və digər şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.