Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihənin bağlanış tədbiri baş tutub



Newscenter.az.1.03.2020. Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə Beynəlxalq Xəstəxanasının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihənin bağlanış tədbiri baş tutub.

Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsinin rəhbəri Ruslan Vəliyev Newscenter.az-a bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. Layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq.

Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir.Layihədə iştirak edən 130 nəfər gəncə beş gün müddətində müxtəlif mövzularda təlimlər keçirilib və onlar üçün praktiki yolla tibb sahəsində olan məlumatlar çatdırılıb. Həmçinin, gənclər Gəncə Beynəlxalq Xəstəxanasına ekskursiya edəcəklər və oradakı müasir avadanlıqlar ilə tanış olacaqlar. Layihənin davamlılığının təmin olunması məqsədilə seçilən layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər.
Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.
Qeyd edək ki, layihəyə online qeydiyyat vasitəsilə 400 nəfərdən artıq gənc müraciət etmişdi, onlardan 130 nəfər gənc seçilərək layihədə iştirak haqqı qazanmışdı.

Orxan
Xəbəri paylaş