Newscenter.az.1.03.2020. Türkiyə Silahlı Qüvvələri bu dəfə Suriyada Neyrab hərbi hava limanını dağıntıya məruz qoyub.
Newscenter.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hələbdə yerləşən hava limanına endirilən zərbələrdən sonra ərazi tamamilə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Neyrab hava limanı Əsəd rejiminin əsas hərbi bazası sayılırdı. Rejim tərəfindən birbaşa bu bazanın vasitəsilə Türkiyə Silahlı Qüvvələrinə və İdlibdəki dinc əhaliyə hücumlar təşkil edirdi.