Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada koronavirusa yoluxanların sayı artdı



Newscenter.az.8.03.2020. Yaponiyada koronavirusa yoluxanların sayı 1 189 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, onların əksəriyyəti - 696 nəfər Tokio yaxınlığındakı Yokohama limanında saxlanılan “Diamond Prinsess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir.

Son gün ərzində ölkədə koronavirusa 33 nəfər yoluxub, bir nəfər dünyasını dəyişib.

Bu günədək Yaponiyada koronavirusa yoluxan 14 nəfər dünyasını dəyişib.

Yoluxanların ən çoxu Hokkaydo (104 nəfər) və Ayti prefekturasındadır (80 nəfər). Paytaxt Tokioda 64, Osaka prefekturasında isə 55 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbəri paylaş