Newscenter.az.2.03.2020. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.
Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, mərkəzlərdə dezinfeksiya işləri həyata keçirilib. Bunun üçün xüsusi dərman məhlullarından istifadə olunub.
Müvafiq işlər "ASAN xidmət" mərkəzlərində qeyri-iş saatlarında həyata keçirilib.