Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək paytaxtın iki yerində qaz xətləri zədələyib



Newscenter.az.2.03.2020.
Güclü küləyin təsirindən Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Göyuşov küçəsində hasar 3 abonenti qazla təmin edən diametri 15 və 20 mm olan kəmərlərin üzərinə aşıb.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində isə aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb. Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hər iki yerdə “Azəriqaz” İB-nin əməkdaşları bərpa işlərinə başlayıb.

Orxan
Xəbəri paylaş