Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay AQTA-nın 1003 - Çağrı Mərkəzinə 2376 müraciət daxil olub



Newscenter.az.4.03.2020. 2020-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə ümumilikdə 2376 müraciət daxil olub.

Newscenter.az-a Agentlikdən bildirilib ki, daxil olan müraciətlərdən 599-u sertifikatlaşdırma və qeydiyyat, 636-sı idxal-ixrac əməliyyatları, 150-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 25-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 833-ü isə digər xarakterli müraciətlər olub

Orxan
Xəbəri paylaş