Newscenter.az.4.03.2020. Martın 4-də 5 nömrəli Bakı Peşə Məktəbində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb. Newscenter.az-a Təhsil Nazirliyindən bildirilib ki, proses media nümayəndələri tərəfindən izlənilib.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bu gün də daxil olmaqla 3 minədək təhsil müəssisəsi artıq dezinfeksiya olunub. Digər təhsil müəssisələrində də dezinfeksiya işlərinin aparılması davam etdirilir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.
R.Mehdiyeva