Newscenter.az.5.03.2020. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı rayonunun sakinləri ilə görüşəcək.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbul mart ayının 10-da saat 10:00-da Saatlı rayon Gənclər Mərkəzində keçiriləcək.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun həmin tarixdə İmişli rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilərək mart ayının 18-nə təyin olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş edilir.
Mehman