Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevir Gənclər Evində "Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin təlimləri keçirilib



Newscenter.az.5.03.2020. Avropa İttifaqının maliyyə dəstəyi?Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə "Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər üçün Xidmətlər təşəbbüsü" proqramı çərçivəsində Education HUB tərəfindən icra olunan "Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin Mingəçevir Gənclər Evində keçirilən təlimləri başa çatıb.

Newscenter.az xəbər verir ki, beş gün davam edən təlimlər zamanı iştirakçılar qeyri-formal təhsil, onun prinsipləri, sosial inkişaf və sosial incəsənət, layihə meyarları, mentorluq nədir, mentor olmaq üçün nə lazımdır mövzuları ilə bağlı məlumat əldə edib, incəsənət sahəsində ən təsirli alətlərdən biri olan “bir cümlə atışı” texnikası ilə tanış olublar. Təlimin növbəti günlərində iştirakçılar komanda formalaşdıraraq öz məqsəd və vəzifələrini müəyyən edib, müəyyən etdikləri ideyalara əsasən sosial layihə yazıb və təqdimat hazırlayıblar.

"Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Xəbəri paylaş