Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadınlar arasında sahibkarlıq fəaliyyəti təşviq edilir



Newscenter.az.5.03.2020. Avropa İttifaqının “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkə regionlarında qadınlar üçün təlimlər keçirib.

Newscenter.az xəbər verir ki, fevral ayı ərzində Quba, Xaçmaz, Mingəçevir və Gəncədə təşkil olunmuş təlimlərdə sahibkarlıq fəaliyyəyinə maraq göstərən qadınlar iştirak edib. “Sahibkarlıq və biznesə başlama” mövzusunda təşkil olunmuş təlimlərdə KOB subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirci materiallar da paylanılıb.

Qeyd edək ki, KOBİA Avropa İttifaqının 2019-2021-ci illəri əhatə edən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihəsinin benefisiarlarındandır.

Zaur
Xəbəri paylaş