Newscenter.az.5.03.2020. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov martın 5-də Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə partiyanın İcra Katibliyində görüşüb.
Newscenter.az partiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP-ın Sədr müavini Əli Əhmədov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak edib.
Mehman