Newscenter.az.6.03.2020. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ətrafında aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsi işləri aparılacaq.
Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00 – 05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Anar