Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri və nazir müavinləri Masallı, Ağsu və İsmayıllıda vətəndaşları qəbul edəcək



Newscenter.az.6.03.2020. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 13-də Energetika naziri Pərviz Şahbazov Masallı şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qarabağ küçəsi 17) keçiriləcək.

Newscenter.az-a nazirlikdən bildirilib ki, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağsuda sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (Azərbaycan küçəsi 25) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 57) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Masallı rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, tel: (050) 235-17-57, email: [email protected], [email protected]), Ağsu və İsmayıllı rayonları üzrə isə Agentliyin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, tel: (050) 509-80-50, email: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.

Zaur
Xəbəri paylaş