Newscenter.az.7.03.2020. “Çıxdığım şərəfli və məsuliyyətli yolda məni böyük hədəflər gözləyir. Ümid edirəm ki, mənə olan inam və etimadı doğruldaraq vəzifəmin öhdəsindən layiqincə gələcəm”.
Newscenter.az xəbər verir ki, bu fikirləri fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 93 saylı Bərdə şəhər seçki dairəsindən millət vəkili seçilmiş Fatma Yıldırım səsləndirib. O, qeyd edib ki, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də fəaliyyətinə son qoyur:
“Nə xoş ki, yolum bu Komitədən keçdi və sizi tanıdım, dəyərli həmkarlarım! Göstərdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, bu kollektiv bundan sonra da çox nailiyyətlər əldə edəcək. İndi əmək fəaliyyətimdə yeni səhifə açılır”.
Mehman