Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək şimal zonasına ciddi ziyan vurub



Newscenter.az.7.03.2020. Martın 7-də gecə saatlarından ölkənin Şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də qaz təsərrüfatına ciddi ziyan vurub.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, ağacların, fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb. İşıq dirəkləri yerindən qoparaq aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib.

İlkin olaraq 30-a yaxın işıq dirəyinin aşdığı, işıq xətlərinin qırıldığı, ayrı-ayrı yerlərdə 57 mm diametrində qaz xətlərinin zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti olaraq fasilələr yaranıb.

Zaur
Xəbəri paylaş