Newscenter.az.7.03.2020. Dünən və bu gün Qazax rayonunun Ermənistanla sərhəddində iki əsgərimiz-Orxan Nazim oğlu Paşazadəylə Eltun Elman oğlu Qarayev şəhid oldu. Allahdan hər ikisinə rəhmət, doğmalrına və yaxınlarına səbr diləyirəm! Əminəm ki, qanları yerdə qalmayacaq!
Niyə Ermənistan rəhbərliyi son günlər ard-arda məhz sərhəddə belə təxribatlar törədir? Hayların indi vəziyyəti gərginləşdirməkdə məqsədləri nədir? Biz Köçərcan-Sərkisyan cütlüyünün prezidentlikləri dövründə dəfələrlə görmüşdük ki, onlar seçki öncəsi eloktoratı toparlamaq üçün bu cür fəndlərə əl atırdılar. Nikol Paşinyandamı onların yoluyla gedir?
Bu təxribatlar Dağlıq Qarabağdakı qanunsuz "seçki"də və Ermənistanda keçirilməsi planlaşdırılan referndumda hakimiyyətin istəyinə uyğun nəticənin əldə olunması üçündürmü?
Amma o cütlük hakimiyyətdə olanda belə seçkiöncəsi təxribatlar daha çox cəbhədə baş verirdi, sərhəddə yox. İndikilərin sələfləri qədər Qarabağdakı hay hərbiçiləri üzərində təsiri olmadığından və oradakı operativ vəziyyətə nəzarət edə bilmədiklərindənmi məhz sərhəddə vəziyyəti gərginləşdirməyə çalışırlar? Yoxsa burada haylar yenə də proksi rolunda çıxış edirlər, sərhəddəki bu təxribatların arxasında başqa geosiyasi məqamlar gizlənir?
İstəyirəm biləsiniz ki, bu suallar ilk baxışda ritorik görünməsə də əslində ritorikdir. Və biz onu da görürük ki, bu təxribatda əli olanlara həm simmetrik, həm də asimmetrik cavablar verilib, verilir, veriləcək!
Sahib Alıyev-Millət vəkili