Newscenter.az.7.03.2020. Tarix boyu Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişdi. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında, beynəlxalq dayaqlarının möhkəmlənməsində və imicinin formalaşmasında fəal iştirak edərək dövlətimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına layiqli töhfələr verirlər.
Bu gün inkişaf edən, yeni-yeni uğulara imza atan respublikamızın qazandığı nailiyyətlərdə qadınların fəfakar əməyi, misilsiz xidmətləri xüsusi yer tutur. Azərbaycan xanımları bu gün yeni əhval-ruhiyyə ilə, əzmkarlıqla ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında daha da fəal olmağa və yeni yüksəlişlərin təmin edilməsinə töhfələrini verməyə qadirdirlər.
Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və ülviyyət yaradırlar.
Azərbaycan Qadınlarının ən əziz günü olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qarşıdan gələn bahar hərarətil xoş həyat, möhkəm cansağlığı, ailə səadəti və daha yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü