Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadakı diaspor rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi



Newscenter.az.7.03.2020. Rusiya Federasiyasındakı azərbaycanlıların regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Newscenter.az həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının prezidenti cənab İlham Heydər oğlu Əliyevə Rusiyadakı azərbaycanlıların regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri adından

Müraciət

Surət: Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə

Hörmətli cənab Prezident!

27 aprel 2019 cu il tarixində Rusiyada yaşayan azərbaycanlıların «Prezident Otel» də keçirdikləri I Moskva Forumunda, tədbir iştirakçıları «Rusiya azərbaycanlıları İttifaqı» nın (RAİ) təsis edilməsinə qərar verdi.

RAİ nin başçısı vəzifəsinə Rusiyanın 56 regionundan foruma qatılmış ictimai təşkilat nümayəndələri Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun (ÜAMF) rəhbəri Fizuli Məmməd oğlu Məmmədovu seçdilər.

Fizuli Məmmədova etimadlarını bildirən Forum iştirakçıları, onun diasporla iş üzrə böyük təcrübəsini, Rusiyadakı həmvətənlilərimizi birləşdirəcək monolit ictimai təşkilatı qura biləcəyini qeyd etdilər.

RAİ nin fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Fizuli Məmmədov Təşkilatın hər bir azərbaycanlının doğma evinə çevirilməsi üçün əlindən gələni edir. O xalqımızın zəngin tarixi irsini qorunması və tanıdılması məqsədilə Rusiyanın müxtəlif regionlarında sosial-mədəni və maarifləndirici tədbirlər keçirir. Təşkilatın fəalları Azərbaycan gerçəkliklərinin Rusiyanın geniş ictimaiyyətinə çatdırılması işində böyük səylər göstərirlər.

RAİ Rusiyadakı diasporumuzu birləşdirməklə Azərbaycan Respublikasına, onun höküməti, prezidentinə, ölkələrimiz arasında tərəfdaşlığın, strateji əlaqələrin möhkəmlənməsi və dərinləşməsinə çoxşaxəli yardım göstərə bilər.

İstərdik ki, RAİ nin fəaliyyəti xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması işində səlahiyyətli olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən layqincə dəyərləndirsin. Ümid edirik ki, regional diaspor təşkilatı rəhbərlərinin Fizuli Məmmədovu Rusiyadakı Azərbaycan diasporunun başçısı kimi görmək istəyini Azərbaycanın müvafiq qurumları müsbət qarşılayacaq. Rusiyadakı milli diaspor təşkilatlarının səlahiyyətliləri Fizuli Məmmədovun diaspor başçısı kimi həmvətənlilərimizin fəaliyyətini əlaqələndirəcəyinə və Rusiyanın ictimai həyatında azərbaycanlıların tam iştirakına şərait yaradacağına əmindirlər.

Cənab Prezident!

Sizin nəzərinizə çatdırmaq istərdik ki, RAİ nin fəaliyyəti Rusiya daxilində həmvətənlilərimizin mədəni, sosial və digər haqqlarının təmin edilməsinə istiqamətlənib. Bizim səylərimiz azərbaycanlıların Rusiya Federasiyasındakı bütün ictimai proseslərdə iştirakına nail olmağa yönəlib. Diasporumuzun rəhbəri kimi biz xalqımızın şərəfli oğlu Fizuli Məmməd oğlu Məmmədovu görürük. Vətənpərvərlik, təşkilatçılıq bacarığı və xeyriyyəçilik fəaliyyəti ilə O Rusiyadakı həmvətənlilərimizin hörmətini qazanıb.

Fizuli Məmmədov öz şəxsi vəsaiti hesabına lokal və regional münaqişələrin iştirakçısı və əlillərinin mənzil şəraitini yaxşılaşdırır, yüzlərlə aztəminatlı vətəndaşa yardım edir. Onun yardımı ilə Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirəcək uzunmüddətli layihələr həyata keçirilir.

Sizin xalqın fikrinə xüsusi hörmətinizi, diaspor məsələlərinə diqqətinizi nəzərə alıb, Rusiyada öz qarşısında mühim tapşırıqlar qoyacaq və onu uğurla həll edəcək güclü Azərbaycan diasporu təşkilatı yaratmaq təşəbbüsümüzü dəstəkləmənizi xahiş edirik.

Hörmətlə,
Fizuli Məmməd oğlu Məmmədovun Rusiyadakı Azərbaycan diasporunun başçılığına namizədliyini dəstəkləyən Rusiya azərbaycanlılarının regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin rəhbər və təmsilçiləri.

1. Abbasov Azad Tamerlan oğlu - Moskva şəhəri "Teplıy Stan" rayonunun azərbaycanlıların milli-mədəni muxtariyyətinin rəhbəri
2. Abbasov Oqtay Camal oğlu - Moskva şəhəri "Peredelkino" rayonunun azərbaycanlıların milli-mədəni muxtariyyətinin rəhbəri
3. Abdullayev Cəlal Camal oğlu - Krasnodar vilayətinin Novorossiysk şəhəri "Təbriz" regional ictimai təşkilatının sədri
4. Adıgözəlbəyov Valeh İskəndər oğlu - Xantı-Mansiysk Muxtar Dairəsinin "Birlik" Azərbaycan İcması ictimai təşkilatının rəhbəri
5. Əzizov Rakif Abas oglu - Dağıstan Respublikasının Mahaçqala şəhərinin azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri
6. Əkbərov Kamran Qulu oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Rostov vilayətindəki nümayəndəsi
7. Ələkbərov Samir Tahir oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Yamalo-Nenets Muxtar Dairəsində nümayəndəsi
8. Əliyev Əzizxan Əbuzər oğlu - Omsk şəhəri "Ватан - Родина" regional ictimai təşkilatının sədri
9. Əliyev Cavanşir Allahşükür oğlu - Nefteyugansk şəhəri "Хазар" Azərbaycan Cəmiyyəti ictimai təşkilatının rəhbəri
10. Əliyev Bəkir Məhərrəm oğlu - Moskva şəhəri "Maryino" rayonunun azərbaycanlıların milli-mədəni muxtariyyətinin rəhbəri
11. Əliyev Ramil Tariel oğlu - Moskva vilayəti İstra şəhərinin yerli ictimai təşkilatının sədri
12. Əliyev Elşən Hüquq oğlu - Ryazan şəhərinin "Булаг" regional ictimai təşkilatının rəhbəri
13. Əliyev Xanoğlan Saleh oğlu - Moskva vilayətinin Ximki şəhərinin Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
14. Əlifov Ələsgər Ramazan oğlu - Azərbaycanlılar Liqasının Tolyatti şəhərində təmsilçisi
15. Allahverdiyev Rəfail Malik oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Stavropol vilayətindəki nümayəndəsi
16. Alməmmədov E.B. - Krasnodar vilayəti Armavir şəhərində Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
17. Əhədov Əhəd Yavər oğlu - Xabarovsk vilayəti "Содружество азербайджанцев" regional ictimai təşkilatının sədr müavini
18. Əhədov Balamirzə Qara oğlu - Buryatiya Respublikasının Azərbaycan icması "Ватан" regional ictimai təşkilatının rəhbəri
19. Əhədov Mirzə Qaraeviç - Buryatiya Respublikası Azərbaycanlıların milli mədəni muxtariyyəti regional ictimai birliyinin sədri
20. Əhmədov İlham İmran oğlu - Azərbaycan xalqının Qaraçay-Çərkəz "Одлар юрду" İctimai Birliyinin sədri
21. Babayev Rasim Sahib oğlu - Novosibirsk şəhəri Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
22. Bayramov Rafiq Tofiq oğlu - Yoşkar-Ola şəhərinin Azərbaycanlıların milli mədəni muxtariyyətinin rəhbəri
23. Bayramov Şaiq Yaqub oğlu - "Алтын Тамга" Türk Sahibkarlar Birliyinin prezidenti
24. Həbibov Fizuli Fahil oğlu - Kemerovo vilayətinin "Dostluq" regional ictimai təşkilatı sədr müavini
25. Hacəliev Telman Tairoviç - Dağıstan Respublikasının Dərbənd şəhəri Azərbaycanlıların milli-mədəni muxtariyyəti yerli ictimai təşkilatının sədri
26. Qəhrəmanov İdris İsrafil oğlu - "Нахчыван" Azərbaycan Dostları Milli Mədəni Birliyi regional ictimai təşkilatı şurasının sədri
27. Həsənov Mehman Məmməd oğlu - Primorsk vilayəti Ussuriisk şəhərinin "BIRLIK" (Единство) Milli Mədəni Muxtariyyətinin sədri
28. Qasımov Tərlan Qasım oğlu -Arxangelsk vilayəti Azərbaycanlılarının regional milli mədəni muxtariyyətinin sədri
29. Qasım Kərimov - Kursk şəhərinin Azərbaycan Diaspor sədri
30. Heydərov Şəhriyar Cabbar oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Bryansk vilayətindəki nümayəndəsi
31. Quliyev Akif Nəcəf oğlu - Kareliya Respublikası "Страна огней" Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatının sədri
32. Quliyev Niyazi İmran oğlu - Moskva şəhəri Cənub İnzibati Dairəsində Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri
33. Quliyev Niyazi Rzaqulu oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Zabaykalsk vilayətindəki nümayəndəsi
34. Hümbətov Məzair Qədir oğlu - Moskva şəhəri Cənub-Qərb İnzibati Dairəsində Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri
35. Qurbanov Saleh Musa oğlu - Moskva vilayəti Lyubertsı rayonunu Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
36. Hüseynov Afil Qurbanoviç - Murmansk şəhəri "Азербайджан" ictimai təşkilatının rəhbəri
37. Hüseynov Əsman Ispəndiyar oğlu - Yaroslavl vilayəti Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri
38. Hüseynov Mətləb Bəndalı oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Mari El respublikasindaki nümayəndəsi
39. Hüseynov Oqtay Əsgərxan oğlu - Yoşkar - Ola şəhəri Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri
40. Hüseynov Tofiq Ağasəlim oğlu - Novosibirsk şəhəri Rusiya-Azərbaycan Gəncləri Milli Regional İctimai Birliyinin sədri
41. Hüseynov Ramazan Vəliməmməd oğlu - Petropavlovsk-Kamçatsk şəhəri "Азери" Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
42. Hüseynov Elunur Şəmistan oğlu - Kirov vilayəti "Азербайджан" xeyriyyə fondunun prezidenti
43. Caniyev Xəyal Sultan oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Çelyabinsk şəhəri nümayəndəsi
44. Cəfərov Yusif Həsən oğlu - Buryatiya Respublikası regional ictimai təşkilatının rəhbəri
45. Cəfərov Yaşar Tahir oğlu - Moskva vilayəti Zelenoqrad şəhəri Azərbaycanlıların milli mədəni muxtariyyətinin rəhbəri
46. Zeynalov Şəmistan Qənimət oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Penza vilayəti nümayəndəsi
47. Zeynalov Fazil Əhməd oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Naxodka şəhərindəki nümayəndəsi
48. Yolçiyev Zahir Sayad oğlu - Omsk vilayəti Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti Şurasının sədri
49. İbrahimov Nazim Tanış oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Altay vilayətindəki nümayəndəsi
50. İsaev Çingiz Mikayıl oğlu - Perm vilayətinin regional milli mədəni muxtariyyətinin sədri
51. İskəndərli Həşim İskəndər oğlu - Maqadan vilayəti "Бирлик" İctimai Təşkilatı sədr müavini
52. Kazımov Əli Əlieviç - Moskva şəhəri "Oçakovo-Matveyevski" rayonunun Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
53. Kazımov Tahir Xəlil oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Volqoqrad vilayətindəki nümayəndəsi
54. Qaraev Nicat Zirəddin oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Tver şəhərində nümayəndəsi
55. Qasımov Ş. M. - Saxalin şəhəri "Birlik" Azərbaycanlılararası Birliklər Konqresi Birliyinin vitse-prezidenti
56. Kərimov Sərraf Sabir oğlu - Tatarıstan Respublikasında Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti
57. Quliyev Rasim Elçin oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Nijni Novqorod vilayətindəki nümayəndəsi
58. Qurbanov Elşad Ağagül oğlu - Novqorod vilayətinin Tohid Salmanov adına "Бакинец" Azərbaycan Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri
59. Məmmədov Ələddin Nəsiboviç - Zabaykalsk vilayəti "Азербайджан" Milli Mədəni Muxtariyyəti Şurasının sədri
60. Məmmədov Vasif Tapdıq oğlu - Moskva "Şəhriyar" ədəbi-mədəni cəmiyyətinin regional ictimai təşkilatının sədri
61. Məmmədov Maqsud Əsəd oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Tula vilayətindəki nümayəndəsi
62. Məmmədov Natiq Tahir oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Həştərxan vilayətindəki nümayəndəsi
63. Məsimov Sabir Mirzəyeviç - "Sankt-Peterburq Azərbaycan Diasporu" ictimai təşkilatının sədri
64. Məsimov Yaşar Dursun oğlu - Orenburq şəhəri və Orenburq vilayətinin milli mədəni muxtariyyətinin sədri
65. Mahmudov Qabil Əhməd oğlu - Omsk və Omsk vilayətinin "Birlik" regional ictimai təşkilatının sədri
66. Mikayılov Akif Ümüd oğlu - Komi Respublikasının "Azərbaycan" milli mədəni muxtariyyəti regional ictimai təşkilatının sədri
67. Mirzəyev Faiq Məmməd oğlu - Krım Respublikasının "Azərbaycan" milli mədəni muxtariyyəti regional ictimai təşkilatının sədri
68. Muradov Vladimir Nəriman oğlu - Saratov vilayətinin Azərbaycanlılar Milli Mədəni Muxtariyyəti Şurasının sədri
69. Muradova Naibə Zöhrab qızı - Stavropol şəhəri milli mədəni muxtariyyət ictimai təşkilatının sədri
70. Musayev Sahib İslam oğlu - Moskva vilayətinin Ruzskiy rayonu Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri
71. Muxtarova Arifə - "Krım Qadınları" Mədəniyyət və Yaradıcılıq Mərkəzinin regional ictimai təşkilatının Simferopol şöbəsinin müdiri
72. Nurəliyev Həsən İsmayıl oğlu - Mari El Respublikasının Medved rayonu Azərbaycanlıların milli mədəni muxtariyyəti ictimai təşkilatının rəhbəri
73. Orucev Yusif Nadiroviç - Rusiya Azərbaycanlılar Ittifaqinın Başkiriya Respublikası nümayəndəsi
74. Pənahov İlham Allahyar oğlu - Tümen vilayətinin Tobolsk rayonunun "Azərbaycan" milli mədəni muxtariyyətinin sədri
75. Rəsulov Elmar Ədham oğlu - Samara vilayətində "Samara Azərbaycanlıları Məclisi" regional ictimai təşkilatının sədri
76. Rzayev Tofiq Məmməd oğlu - Rusiya Azərbaycanlılar Ittifaqinın Kalininqrad vilayətindəki nümayəndəsi
77. Sadıxov Eldar Əlisa oğlu - Voronej vilayətinin "Azərbaycan Xəzər İcması" ictimai təşkilatının İdarə Heyətinin sədri
78. 78. Salmanov Natiq Hüseynalıeviç - Moskva şəhərinin Dünya Azərbaycan Mədəniyyət Fondunun baş direktoru
79. Səfərov Azər Mürşid oğlu - Azərbaycan Mədəniyyəti Mərkəzinin İdarə Heyətinin nümayəndəsi
80. Səfili Emin Məhəmməd oğlu - Murmansk vilayətinin "Azərbaycan" Mədəniyyət Mərkəzi ictimai təşkilatının sədri
81. Süleymanov Rahib Rəşid oğlu - Saxa Yakutiya Respublikası "Bakı" Azərbaycanlı İcması ictimai təşkilatının sədri
82. Sultanbekov Sultan Sabirbekoviç - "Türkdilli Xalqların Məclisi" Milli Mədəni Muxtariyyətinin Prezidenti
83. Fətullayev Bağır Yusif oğlu - Sankt-Peterburq şəhərinin "Azərbaycan Evi" Azərbaycan Həmvətənlər Birliyi regional ictimai təşkilatının sədri
84. Şirinov Məmməd Abzar oğlu - Nefteyugansk şəhəri "Страна огней" qeyri-kommersiya tərəfdaşlığının sədri
85. Kərimov Anar Firdus oğlu - RAI-nin Moskva vilayətindəki nümayəndəsi
86. Məlikli Natiq Rəfail oğlu - "Essentuki Azərbaycan Milli Mədəni Muxtariyyəti" İctimai Təşkilatı
87. Əliyev Rəhman - Samara Azərbaycanlıları Liqasının sədri
88. Babayev Rahmatullah - İnquşetiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri
89. Paşayev Naib Barat oğlu - Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti (RNKAA LO) sədri
Xəbəri paylaş