Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XİN: Azərbaycan əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib



Newscenter.az.7.03.2020. "Bu ilin martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib".

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

"Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq.

Allah şəhidimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.
Xəbəri paylaş