Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada koronavirus sürətlə yayılır



Newscenter.az.8.03.2020. Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

“Report” xəbər verir ki, İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub.

Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir.

Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb.

Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliyanın ən böyük torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb. Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib. Virusa yoluxanlardan 19-u dünyasını dəyişib, 50-yə yaxının vəziyyəti ağırdır.

Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada bir gündə 1 500 nəfərdə koronavuris aşkarlanıb, 366 nəfər ölüb. Hazırda Avropanın qədim dövlətində 7 300 nəfər virus daşıyıcısıdır. Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə 15 milyon insan karantində saxlanılır. Baş nazir Cüzeppe Konte ölkənin koronavirus yayılan şimal bölgəsindəki bütün ictimai iaşə, xidmət və istirahət məkanlarının bağlanması barədə göstəriş verib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbəri paylaş