Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai nəqliyyatda əks epidemik tədbirlər növbəti həftədə də davam etdiriləcək



Newscenter.az.8.03.2020. Koronovirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir. Son bir həftə ərzində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda (ümumilikdə 2100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, istehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.

Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Bununla yanaşı sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələrini xahiş edirik. ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür.

Anar
Xəbəri paylaş