Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır



Newscenter.az.8.03.2020. "Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 24 saylı Nizami birinci seçkii dairəsindən millət vəkili seçilmiş Könül Nurullayeva səsləndirib. O, məmnuniyyət hissi ilə qeyd edib ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır:

"Ümidvaram ki ,sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dunyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hörmətli xanımlar! Əziz analar və bacılar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!".

Mehman
Xəbəri paylaş