Newscenter.az.8.03.2020. "Azərbaycan qadını fədakardır, işgüzardır, eyni zamanda zərif və dözümlüdür. Azərbaycan qadını ailəsinin qayğısına qalır, cəmiyyətimizin ondan gözləntisi çoxdur. Amma o, bundan yorulmur, daha da fədakarcasına üzərinə düşən öhdəlikləri yerinə yetirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Nigar Arpadarai səsləndirib. O, qeyd edib ki, qadınlarımız tarix boyu öz əzmkarlıqları, zəkaları, idarəçilik bacarıqları ilə cəmiyyətin qurucularından olublar:
"Ölkəmizin inkişafında qadınların rolu danılmazdır! Mən də öz növbəmdə fəaliyyətim boyu hər zaman qadınların öz potensiallarını nümayiş etdirməsinə dəstək olmağı, bununla bağlı müxtəlif layihələr həyata keçirməyi hədəfləyirəm. Bütün xanımları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edir, hər zaman dəyərli olmaqlarını diləyirəm!"
Mehman