Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə ildən-ilə qadınların fəallığı, cəmiyyətdəki nüfuzu daha da artır



Newscenter.az.8.03.2020. 8 Mart-təqvimdə bu gün qadınların cəmiyyətdəki rolu və hüquqları uğrunda apardıqları mübarizəni xatırladır. Bu baxımdan Azərbaycan qadının mübarizliyi, müdrikliyi, fədakarlığı xüsusi qeyd edilməlidir.

Newscenter.az xəbər verir ki, bu fikirləri 93 saylı Bərdə şəhər seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Fatma Yıldırım səsləndirib. O, qeyd edib ki, ölkəmizdə ildən-ilə qadınların fəallığı, cəmiyyətdəki nüfuzu daha da artır:

"Xanımlarımız ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə aktiv iştirak edir, bütün sahələrin inkişafına böyük töhfələr verir, dövlət qulluğunda mühüm vəzifələrə sahib olurlar. Bu, ölkəmizdə aparılan düzgün siyasətin nəticəsindən xəbər verir və əminəm ki, belə də davam edəcək!
Əziz xanımlar, hər birinizə qadın xoşbəxtliyi və fəaliyyətinizdə uğurlar arzulayıram. 8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək olsun!".

Mehman
Xəbəri paylaş