Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyədə nə baş verir?



Newscenter.az.8.03.2020
. Səudiyyə Ərəbistanında yaşananlar sadəcə hazırki kral Salmanın oğlu vəlihəd Məhəmmədin taxta gedən yolunu daha da asanlaşdırmaq üçündür. Salman ya ölüb, ya da ölüm ayağındadır. İndiki kralı digərlərindən fərqləndirən mühüm cəhət isə onun ümumi Səudiyyə sülaləsini deyil, daha çox öz ailə üzvlərinin gələcəyini düşünməsidir.

Krallığın qurulduğu 1932-ci ildən keçən 88 il ərzində taxta oturmuş Salman da daxil 7 kral taxta oturmuşdu. Hər zaman taxt dəyişikliyi zaman saraydaxili atmosfer pik həddə çatır. Krallığın qurucusu Əbdülləzizdən bu yana keçən müddətdə kral ailəsi xeyli böyüyüb və müxtəlif qollara ayrılıb. Əbdülləziz nə az, nə çox, düz 23 dəfə evlənib. Bu evlilikdən isə 45 oğlu olub ki, onların da 36-sı yaşayıb, digər 9 oğlu azyaşlı olarkən dünyasını dəyişib. Hazırki kral Salman isə Əbdülləzizin 25-ci oğludur. Salmanın anası Hassa Sudeyri Səudiyyə sarayında yüksək nüfuz sahibi olan bir qadın olub. Çünki Əbdülləzizin anası ilə eyni soydan, Südeyri soyundan gəlib. Bundan başqa sonrakı kralların, Əbdülləzizin oğullarının da çox evliliklərini nəzərə alsaq, xanəndan ailəsinin ağlasığmaz böyüklüyü ortalığa çıxır. Salmana qədər ailədə taxta ailənin ən böyük üzvü sahib olurdu. Təbii ki kişi cinsindən. Bu mərtəbəyə isə hər şahzadə yüksələ bilmir, yüksəlsə belə taxta çıxdığı zaman çox xəstə və yaşlı vəziyyətdə olurdu.

Maraqlıdır ki, taxta çıxanların yaş kateroqiyası artan sıra ilə gedir. Məsələn, Əbdülləzizin varisi oğlu, ikinci kral Səud 1953-cü ildə 51 yaşında, qardaşı oğlunun sui-qəsdinə qurban gedən üçüncü kral Faysal 1964-cü ildə 58 yaşında, dördüncü kral Xalid 1975-ci ildə 62 yaşında, beşinci kral Fəhd 1982-ci ildə 61 yaşında, altıncı kral Abdullah 2005-ci ildə 81 yaşında, yeddinci kral Salman isə 2015-ci ildə 80 yaşında dövlətin başına keçib. Salman 2005-də hakimiyyətə gələrkən ilk olaraq vəlihəd kimi qaydalara uyğun olaraq gözlənildiyi kimi ailədə özündən sonra ən böyük olan ögey qardaşı Mukrini təyin edir. Ancaq bir müddət keçəndən sonra Mukrin xəstəliyi səbəbi ilə vəzifəsindən azad edilir və vəliəhdliyə ölkənin daxili işlər naziri olan qardaşı oğlu Məhəmməd-bin-Naifi təyin edir. Ancaq iki il sonra, 2017-ci ildə qəflətən heç bir səbəb göstərmədən öz oğlu Məhəmmədi vəlihəd təyin edir. Müdafiə naziri təyin edilən Məhəmməd ölkədə real güc halına gəlir. Qərbin dəstəyini alan Məhəmməd saray daxilində səs-küylü həbslər həyata keçirərək öz gücünü göstərir. Ancaq açıqda olmasa saray daxilində bir qrup hələ də Məhəmmədin iqdidarına isti baxmırdı, vəlihədliliyin haqqının Məhəmməd-bin-Naifdə olduğunu düşünürdülər. MBS isə taxta gedən bütün yolları təmizləməyə çalışırdı. Məhəmməd Salmanın 5 arvadından 3-cüsünün, Feht-bint-Felah-bin-Sultan el-Hislin el-Acemidən olan 6 oğlundan birincisidir. Bin Naifin həbsindən sonra bin Salmanın yaxında kral olacağı dəqiqdir.

Gözlənilən budur ki, Məhəmməd eyni anadan olan qardaşı, Müdafiə Nazirliyində ona müavinlik edən 32 yaşlı qardaşı Xalidi özünə vəlihəd təyin etsin. Xalid Salmanın əl-Acemidən olan 3-cü oğludur, Qəbrlə yaxın münasibətləri var, 2017-2019-cu illərdə 2 il Səudiyyənin ABŞ-dakı səfiri olub. Keçən il atası onu səfirlikdən azad edərək vəlihəd qardaşına müavin təyin edib. Məqsəd isə taxtdakı ardıcıllığı təmin etməkdir, Məhəmməd kral olduqdan sonra Xalid də müdafiə naziri təyin edilməklə vəlihədliyə gətiriləcək. Xalid Kral Feysəlin adını daşıyan Hərbi Hava Akademiyasının məzunudur, yüksək hərbi təhsilə malikdir. Hazırda bir evlilikdən 2 övlad sahibi olan Xalid ölkədə faktiki olaraq Məhəmməddən sonra ikinci ən böyük gücdür. Məsələnin xülasəsi belədir ki, baş verənlər Səudiyyədə baş verən saray çevrilişinin bir mərhələsidir. Çevriliş nəticəsində hakimiyyət Əbdülləzizin övladlarından Salmanın övladlarına keçmiş oldu.

Zeynal Əmralıyev-politoloq
Xəbəri paylaş