Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bunlar mənim millətimin xanımları deyil!



Newscenter.az.9.03.2020
. Bu günlərdə paytaxtda bir qrup qadının keçirdiyi etiraz aksiyası zamanı səsləndirdiyi qeyri-etik şüarlar ölkədən kənarda yaşayan soydaşlarımız tərəfindən də etirazla qarşılanıb.

Newscenter.az-ın xəbərinə görə, Nyu-Yorkda yaşayan soydaşımız Mehriban Nəsib məlum aksiyaya münasibət bildirərkən qeyd edib ki, bizim məqsədimiz Azerbaycan qadınını maarifləndirərək güclü etməkdir, bunların isə əksinə:

"Küçə seksini təbliğ etmək ne vaxtdan azadlıqdır?! Zəhmet olmasa, biri mənə izah etsin. Bu cür əxlaqsız şüarlarla çıxış edənləri xanımlarımızın azadlığı üçün mübarizə aparanlar hesab etmirəm. Bunlar mənim Millətimin xanımları deyil!".

Mehriban Nəsib deyib ki, bunları nə yandırılan körpə qız uşaqları, nə də azyaşlıların ərə verilməsi maraqlandırmır:

"Onların plakatları hər şeyi deyir... Biz intellekt, maarifləndirmək, təhsil və inkişaf üçün mübarizə aparırıq, əxlaqsızlıq üçün yox. Ayıb olsun!".

Mehman
Xəbəri paylaş