Newscenter.az.9.03.2020. "Neftin qiymətinin dünya bazarında kəskin enməsi əsasən siyasi geosiyasi proseslərlə bağlıdır və müvəqqəti xarakter daşıyır".
Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Səudiyyə Ərəbistanının hasilatı sutkada 10 milyon bareldən çox artırmaq qərarı, OPEC+ təşkilatında Rusiya ilə razılaşmaması belə bir vəziyyətə gətirdi.
O, qeyd edib ki, Rusiyanın Şərqi Avropada və Orta Şərqdə siyasi-hərbi aktivliyi fonunda ABŞ-la maraqlarının toqquşması Səudiyyənin belə bir qərar verməsinə səbəb olub:
"Nəzərə alaq ki, İran neftinə sanksiyalardan dolayı birjalarda neft 70 dollardan yuxarı olmalı idi. Amma, göründüyü kimi neft qiymətləri əsasən siyasi qərarlarla müəyyən edilir və iqtisadi əhəmiyyəti yoxdur. Görünür, Rusiya ilə yenidən konfrontrasiya bu kimi qərarın verilməsinə gətirib çıxarır. Amma, bu müvəqqəti ola bilər. Çünki, ABŞ-ın müttəfiqləri olan Köfəz ölkələri və Səudiyyə Ərəbistanının iqtisadiyyatı zərbə ala bilər və bu da ABŞ -ın maraqlarına uyğun deyil".
Politoloq deyib ki, Səudiyyə Ərəbistanında saray çevrilişinə cəhddən sonra Ər-Riyyadın bu qərarı müıyyən təzyiqlər fonunda verilib:
"Neft qiymətlərinin düşməsi əsasən Çinin maraqlarına uyğundur. Hazırda neft qiymətlərinin bu səviyyədə olması dünya iqtisadiyyatına mənfi təsir edəcək. Azərbaycan üçün də bu qiymətlər arzu olunan deyil. Nəzər alaq ki, ölkədə iqtisadi islahatlar mütləqdi və neftdən gələn gəlirlərdən səmərəli istifadə edilməsi daima qeyd edilir. Azərbaycan qaz ixracatçısı ölkəsı olur. Gələn ildən qazın satışı neftdən gələn gəlirlərlə eyni ölçüdə olmasa da, müəyyən dərəcədə gəlirləri sığortlaya biləcək. Bu, o demək deyil ki, hökumət arxayın olmalıdır. Liberal iqtisadiyyat ölkəmizin inkişafı üçün əsas şərtdir".
Mehman