Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkilindən sərt sözlər: "Ən liberal cəmiyyətlər də , qadınlar belə həyasız aksiyalar keçirmirlər"



Newscenter.az.9.03.2020. Dünən Bakının mərkəzi fontanlar meydanında, “ feminist hərəkatı” adı ilə, şərəfli Azərbaycan xanımını dünyada biabır edən bir qrup rəzil ,qadının, keçirdiyi qanunsuz aksiya milyonlarla insanın əsəblərini tarıma çəkdi. Heç vaxt, təsəvvür belə etməzdim ki, azərbaycanlı gənc qadınlar əllərində belə biabırçı plakatlarla,utanmadan,ifrat dərəcədə, asayişi qoruyan polis işçilərinin üzərinə qışqıraraq, onları təhqir etsinlər, təxribata çəksinlər. Xüsusi olaraq o əcaib təxribatlara uymadıqlarına görə polis işçilərinə təşəkkür düşür.

Bunlar hardan çıxdılar, hansı ailələrdə tərbiyə aldılar, kimlər və necə yetişdirdi. Kadrlardan hiss olunurdu ki, onlar nə istədiklərini özləri belə bilmirdi. Verilən suallara cavab verə bilmirdilər. Tam əminliklə deyə bilərəm ki, ən liberal cəmiyyətlər də , qadınlar belə həyasız aksiyalar keçirmirlər. Bu biabırçılıqdır, rəzalətdir. Ölkəmizə qarşı növbəti ciddi təxribatdır.

Hesab edirəm ki, öz pozucu hərəkətləri ilə ölkəmizi dünyada biabır edən, çirkin hərəkətləri ilə gənclərə, yeniyetmələrə qarşı pis nümunə göstərən o məxluqlar ictimai qınaq obyektinə çevrilməli,onların oxuduqları müəssisələrdə,çalışdıqları kollektivlərdə, yaşadıqları ərazilərdə və ailələrində ciddi iş aparılmalıdır. Qanunsuz aksiyanı keçirənlərlə əlaqədar profilaktik tədbirlər keçirilməlidir.

Bütün şüurlu həyatım boyu hər zaman, hər yerdə qadınları müdafiə etmişəm. Heç bir halda imkan verməmişəm ki, qadınların hüquqları tapdalansın. Sosial baxımdan aşağı məsuliyyətli qadınlara, hətta qeyri standart oriyentasiyalı kişilərə,həyat tərzlərinə belə dözümlü, təbiətin xoşa gəlməz hadisəsi və yaxud xəstəliyi kimi anlaqlı yanaşmışam. Allah xatirinə, nə edirsinizsə edin,ancaq öz yataq otağınızda edin. Öz murdar hisslərinizi ictimailəşdirərək gənclərin tərbiyəsini, psixikasını pozmayın, cəmiyyətin mənəvi deqradasiyasını sürətləndirməyin. Əminəm ki, bir çoxlarınızın dərk etmədiyiniz bu biabırçı hərəkətlərin qadın hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bütün dünya üçün nümunə olan Azərbaycan ailə institunun,milli mənəvi dəyərlərimizin məhv olmasına,nəticə etibarı ilə cəmiyyətimizin bütövlüyünə, ictimai sabitliyin pozulmasına səbəb olar. Sizləri bu simada tanıyandan sonra,normal düşüncəli heç bir gənc öz ömür taleyini sizinlə bölüşmək istəməz. Heç bir normal ailə sizi qəbul etməz. Nəticədə, düşünülməmiş, kimlərinsə təhriki ilə atdığınız addımlar həyatınız boyu sizə problemlər yaşadacaq. Düşünün və nəticə çıxarın. Sonrakı peşmançılıq fayda verməz.

Nəsib Məhəməliyev-millət vəkili
Xəbəri paylaş