Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft düşüb deyə, sonun başlanğıcı?



Newscenter.az.9.03.2020. Bu gün, son məlumatlar üzrə neftin qiymətinin dünya bazarlarında kəskin düşməsi, bütün neft hasilatlı ölkələr kimi, Azərbaycana da ziyanlıdır. Bu ziyan, xalqın orta və kasıb təbəqəsindən də ötüşmür və bəlkə də onların həyatı, güzəranına daha çox mənfi təsir edir. Xeyli narahatedicidir.

Daha xeyli narahatedici hal bəzi ictimai şəxslər və siyasi dairələrin koronavirusdan sonra neftə keçərək, bu ucuzlaşmanın Azərbaycan üçün bir "faciə" və dövlətin "sonunun başlanğıcı" olması kimi ictimai şok təsir məqsədli yayımlarıdır. Bu yolla guya, nəsə siyasi fürsətdən yararlanmadır.

Bilərək ya bilməyərəkdən buna çalışanlar gərək onu anlasınlar ki, bu cür çağırışların və eləcə də neftin qiymətinin düşməsinin təsiri rəqib hesab etdikləri hakimiyyətə yox bu xalqa və dövlətədir. Xalqın çaşqınlıq, yoxsulluğu, dövlətin zəifliyidir! Bu səhv fəaliyyətlə, istər-istəməz, Azərbaycana düşmən dövlətlərlə, dairələrlə həmrəy olmaqdır.

Belə olmaz. Hakimiyyət istəyirsən öz siyasətini düzgün qur, düzgün ideyalaş, sistemləş, xalqda inam yarat, dəstək qazan, irəli çıx siyasi səmimi mübarizə yolları ilə. Yoxsa ki, koronavirusdu, ya neft düşməsidir adı ilə aranı qatım, ictimai şoka salıb xalqı çaşdırım dövləti (hakimiyyəti də yox) laxladım, ölkə dağılsın və xarabalıqları üzərində özümə hakimiyyət qurum. Bu heç yaxşı iş deyii.

Buna ağlı fikri başında olan hər bir Azərbaycan vətəndaşı yox deyər. Əksinə belə ümummilli və ümumdövlət təhlükəli hallarında ictimai, siyasi mənsubiyyətindən asılı olmayaraq həmrəylik və birlik lazımdır, onu birləşib sovuşdurmaq üçün.

İkinci də, neft qiymətinin düşməsi nədir ki, onu ölkənin son faciəsi, sonun başlanğıcı kimi rəng verib şişirdəsən. Belə hallar çox olub və ölkədə xalq-dövlət birliyi, anlaşması ilə, öz həllini tapıb. Elə, korrupsiyasızlaşdırma həll edər bu böhranı.


İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş