Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sürətlə düşən neft qiymətləri fonunda nə etmək lazımdır?



Newscenter.az.9.03.2020. Neftin qiymətlərinin kəskin azalacağı ilə bağlı bir neçə ildir ki, dəfələrlə verdiyimiz proqnozlar bu gün özünü doğruldur. Cari ilin yanvar ayının əvvəli ilə müqaisədə (bu sətirləri yazan ana qədər) neftin qiymətləri 54%-dən çox və ya 39 dollara qədər ucuzlaşıb. Çox təəsüf edirəm ki, 5 ilə yaxın vaxt ərzində ölkə Prezidentinin iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməklə bağlı qəbul etdiyi önəmli qərarlar yetərincə icra edilə bilmədi.

Təbi ki, bu icraçıların birbaşa məsuliyyəti və günahıdır. 2015-ci ilin sonlarından bu günə qədər Prezident real sektorun sürətli inkişafına yönəli zəruri ola biləcəyindən də artıq addımlar atdı. Lakin icraçıların ləngliyi, təşəbbüskarlıqlarının yox səviyyəsində olması gözlənilən nəticələri əldə etməyə imkan vermədi. Elə bu səbəbdən də bu ilin yanvar ayında, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə, Prezident icraçılara “nə üçün qeyri-neft sektorunun inkişaf templəri bizim qəbul etdiyimiz qərarlara adekvat deyil” sualını ünvanladı. Bu sualın cavabı birdir – qərarların icrası yetərli olmadı. Ona görə də Prezident heç kimin gözləmədiyi qeyri-adi bir addım atıb, təşəbbüskar və islahatçı bir nazirin rəhbərliyinə ölkənin iqtisaiyyat, vergi və əmlak məsələlərinin idarəçiliyini verdi.

Bu gün nə etmək lazımdır? Bu gün ölkə iqtisadiyyatının real sektoruna daxili və xarici mənbəələr hesabına investisiyaların həcminin dəfələrlə artırılmasına, xarici investisiyaların ölkəyə gəlməsini əngəlləyən bütün məqamların aradan qaldırılmasına, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatının real sektoruna yatırdılmasına əngəl törədən məmurların ən sərt formada cəzalandırılmasına, Neft Fonduna son illər ərzində neft qiymətlərinin yüksək olması hesabına yığılmış 10 milyard dollara qədər vəsaitin ölkədə kiçik və orta biznesin inkişafına yönəldilməsinə, ölkədən kapital axınının səbəblərinin 10-cu mərtəbədən deyil, birinci mərtəbədən araşdırılmasına üz tutmaq lazımdır.

Fikrət Yusifov-iqtisad elmləri doktoru, professor
Xəbəri paylaş