Newscenter.az.11.03.2020. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun nümayəndə heyəti Rusiya Federasiyasının Çuvaşiya vilayətində keçirilən XII Regionlararası “Каrtof-2020” sərgisində iştirak edib.
Newscenter.az xəbər verir ki, sərgidə Rusiya Federasiyasının 30-dan çox vilayətindən 82 kartof toxum istehsalçısı təmsil olunub.
Azərbaycan nümayəndə heyəti “Norika”, “HZPC Sadokas”, “Alçak”, “Solana”, “Slava kartofelyu”, “Kastromskoy kartofel” və digər kartof toxum istehsalçılarının sərgilədiyi məhsullarla tanış olub, kartof toxumu istehsalçıları ilə görüşüblər.
Görüşdə kartof toxumunun fərqli dərinlikdə torpağa əkilmə qaydaları, dərmanlardan istifadə və digər aqrotexniki tədbirlər barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti əkin sənayesində mövcud innovasiyalar və texnologiyaları müzakirə edib, qabaqcıl təcrübələrlə tanış olublar.
Orxan