Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumdünya Gömrük Təşkilatının Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyası işini yekunlaşdırıb



Newscenter.az.11.03.2020
. Martın 11-də Dövlət Gömrük Komitəsində Ümumdünya Gömrük Təşkilatının ekspertləri ilə görüş keçirilib.

Newscenter.az xəbər verirki, görüşdə Ümumdünya Gömrük Təşkilatının Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyasının işinin yekunlarına dair tövsiyələr müzakirə olunub.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Ümumdünya Gömrük Təşkilatının ekspertləri Oğuz Onal, Sertac Yapıcı və Ömər Koç iştirak edib.

Qonaqları salamlayan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Ümumdünya Gömrük Təşkilatının Dövlət Gömrük Komitəsində və Komitənin strukturuna daxil olan müvafiq qurumlarda həyata keçirdiyi Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyasının işini hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb. Komitə sədrinin birinci müavini gələcəkdə səmərəli əməkdaşlığın və qarşılıqlı münasibətlərin daha da inkişaf edəcəyindən əminliyini ifadə edib.

Risklərin İdarəedilməsi Sisteminin gömrük işinin səmərəli təşkilinə, sərhədkeçmə proseslərinin sürətləndirilməsində xüsusi rol oynadığını bildirən İsmayıl Hüseynov risk menecmentinin gömrük xidmətində yenilənməsi və təkmilləşdirilməsində peşəkar mütəxəssislərin təcrübəsindən yararlanmağı, həmçinin Ümumdünya Gömrük Təşkilatının ekspertlərinin də bu işdə fəal iştirakını sevindirici hal kimi dəyərləndirib.

Ümumdünya Gömrük Təşkilatının eksperti Oğuz Onal bu günədək Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları ilə keçirdikləri görüşlərdən məmnunluqla bəhs edib, bir həftə müddətində müxtəlif təqdimatlarla tanış olduqlarını, həmçinin risklərin idarəedilməsi ilə bağlı geniş müzakirələr apardıqlarını, faydalı məlumatlar əldə etdiklərini vurğulayıb.

Oğuz Onal Risklərin İdarəedilməsi üzrə Diaqnostik Missiyanın tövsiyələrinə dair yekun hesabatı yaxın müddətdə hazırlayıb Dövlət Gömrük Komitəsinə təqdim edəcəklərini diqqətə çatdırıb.

Daha sonra ekspertlərin ilkin tövsiyələri müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, martın 3-də başlayan diaqnostik qiymətləndirmə prosesi 7 gün davam edib.

Zaur
Xəbəri paylaş