Newscenter.az.12.03.2020. -Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard müalicə tədbirlərini müəyyənləşdirmək, qiymətləndirmək, inkişaf etdirmək və genişləndirmək yolu ilə COVID-19 epidemiyasına cavab tədbirlərini sürətləndirmək üçün 125 milyon dollara qədər ilkin maliyyə vəsaiti ayırıblar. Tərəfdaşlar məhsulu aşağı resurs şəraitində əlçatan və sərfəli etmək də daxil olmaqla, bərabər imkanların yaradılması məsələsinə də diqqət ayırır. COVID-19 Therapeutics Accelerator yeni və yenilənmiş dərmanların və bioloji vasitələrin hazırlanmasını sürətləndirmək və onları qiymətləndirməklə ən qısa müddətdə COVID-19 yoluxmuş xəstələrin, uzun müddətdə isə digər virus patogenlərinin müalicəsində katalizator rolu oynayacaq. Hazırda, ortaya çıxan patogenlərlə mübarizə üçün geniş spektrli antiviral dərmanlar və ya immunoterapiyalar mövcud deyil və onların heç biri COVID-19 istifadəsi üçün təsdiqlənməyib.
Newscenter.az xəbər verir ki, Gates Foundation və Wellcome hər biri təşəbbüsə 50 milyon dollara qədər vəsait ayırır, Impact Mastercard Fondu isə sürətləndiricinin ilkin işininin təşkili üçün 25 milyon dollara qədər öhdəlik götürüb. Gates Foundation tərəfindən təqdim olunan maliyyələ onun keçən ay COVID-19-a qarşı cavab tədbirlərinə dəstək üçün elan etdiyi 100 milyon dollarlıq öhdəliyinin bir hissəsidir.
"COVID-19 kimi viruslar sürətlə yayılır, lakin onların qarşısını almaq üçün peyvəndlərin və müalicələrin inkişafı ləng gedir,"- bunu Bill & Melinda Gates Foundation-nun baş icraçı direktoru Mark Suzman deyib. "Dünyanı, xüsusən ən həssas sakinləri COVID-19 kimi xəstəliklərdən azad etmək istəyiriksə, araşdırma və inkişafın daha sürətli həyata keçirilməsi üçün bir yol tapmalıyıq. Bunun üçün hökumətlər, özəl müəssisələr və xeyriyyəçi təşkilatlar layihələri maliyyələşdirmək üçün tez bir zamanda hərəkətə keçməlidirlər."
COVID-19 Therapeutics Accelerator Ümumdünya Səhiyyə Təşkilatı, dövlət və özəl təşkilatlar, habelə qlobal tənzimləmə və siyasi təşkilatlar ilə birgə işləyəcək. COVID-19 Therapeutics Accelerator dərmanların hazırlanmasından tutmuş istehsala və yayılmasına qədər hərtərəfli fəaliyyət göstərəcək. Tədqiqatları bölüşmək, investisiyaları əlaqələndirmək və ehtiyatları birləşdirilmək tədqiqatı sürətləndirməyə kömək edə bilər. Bu cür əməkdaşlıq, 2014-cü ildə Ebola xəstəliyinin yayılması zamanı dünya ictimaiyyəti üçün çox vacib bir dərs olmuşdur. İnkişaf prosesinin əsas mərhələlərində sürətli və çevik maliyyələşdirməni təmin etməklə, yeni dərmanlar və bioloji vasitələrin COVID-19 və gələcək epidemiya təhdidləri ilə mübarizə riskini aşağı salacaq və məhdud resurslu ölkələr üçün əlçatanlığı təmin edəcək.
COVID-19 Therapeutics Accelerator maliyyələşdirənlər tərəfindən müştərək fəaliyyət göstərəcək. COVID-19 Therapeutics Accelerator məhsulun klinik qiymətləndirməsi, istifadəsi və istehsala gedən yolu asanlaşdırmaq üçün inkişaf dövrünün bir neçə aspektini izləyəcək. Namizəd komponentləri müəyyənləşdirmək üçün COVID-19 Therapeutics Accelerator üç istiqamətli yanaşma tətbiq edəcək: COVID-19-a qarşı fəaliyyət üçün təsdiqlənmiş dərmanların sınanması, təsdiqlənmiş təhlükəsizlik məlumatları ilə minlərlə komponentin yoxlanılması və yeni tədqiqat komponentlərinin və monoklonal immunoqlobinlərin nəzərdən keçirilməsi. İlkin müayinədən keçən dərmanlar və ya monoklonal immunoqlobinlər daha sonra sənaye tərəfdaşı tərəfindən hazırlanacaq. Mürəkkəb komponent və kliniki məlumatları cəlb edərək və uğurlu dərmanların və immunoqlobinlərin çoxaldılması üçün tələb olunan kommersiyalaşdırma və digər təcrübələri əlavə edərək, biotexnologiya və əczaçılıq sənayeləri vacib tərəfdaşlar olacaqlar. Xəstələrə effektiv müalicənin çatdırılmasının sürətləndirilmiş yolu, mövcud tənzimləmə və ya mövcud klinik məlumatlara sahib namizəd dərmanlar üçün təxminən bir ildir. Mövcud klinik məlumatları məhdud olan birləşmələr üçün isə vaxt qrafiki daha uzun ola bilər.
"Bu virus görünməmiş bir qlobal təhlükədir və müalicə, sürətli diaqnoz və vaksinlər hazırlamaq üçün beynəlxalq tərəfdaşlığı təşviq etməliyik. Elm, COVID-19-a qarşı fenomenal bir sürətlə irəliləyir, lakin bu epidemiyanı qabaqlamaq üçün daha çox sərmayə və tədqiqat koordinasiyasını təmin etmək lazımdır,"- bunu Wellcome-un direktoru Dr. Ceremi Farrar deyib. COVID-19 Therapeutics Accelerator potensial müalicə üçün tədqiqat, inkişaf, qiymətləndirmə və istehsal dəstəyi ilə bizə bunu etməyə imkan verəcək. COVID-19 olduqca çətin bir virusdur, amma sərhədlər üzərindən əməkdaşlıq edərək ortaya çıxan yoluxucu xəstəliklərin öhdəsindən gələ biləcəyimizi sübut etmişik. COVID-19 qarşısında səylərimizi gücləndirməyə çalışmalıyıq və bunu edərək, elmi nailiyyətlərin hamı üçün əlçatan və əlverişli olduğuna əmin olmağa davam etməliyik. Bu epidemiyanın gedişatını dəyişdirmək üçün miqyaslı, riskli və kollektiv qlobal səy olaraq indi yatırım etmək çox vacibdir. Başqalarının bu işdə bizə qoşulmalarını alqışlayırıq."
Antiviral dərmanlar mövsümi qripin şiddətini azaltmaq və digər virus xəstəlikləri arasında HİV-i müalicə etmək üçün təsdiqlənsə də, heç biri mövcud epidemiyaya qarşı effektivliyini nümayiş etdirməyib. Effektiv müalicənin olmamasının bir səbəbi, məhsulların birbaşa bazara çıxışının olmamasıdır ki, bunun nəticəsində araşdırma və kommersiya inkişafı ləngiyir və ya o, maneələrlə üzləşir. COVID-19 Therapeutics Accelerator, akademiyalar, biotexnoloji və əczaçılıq şirkətləri üçün maliyyə və texniki riskləri azaltmaq üçün resurs və təcrübələri birləşdirmək, həmçinin bu məhsulların məhdud resurslar şəraitində olan insanlar üçün əlçatan və əlverişli olmasını təmin etmək üçün yaradılıb. Əczaçılıq şirkətlərinin təcrübəsi uğurlu dərmanların müəyyənləşdirilməsi, araşdırılması və ticarəti baxımından çox vacib olacaq.
"İnkluziv inkişafa dair öhdəliyimizin davam etdirilməsi baxımından COVID-19 ilə mübarizə üçün bu vacib səyə qoşulmaqdan qürur duyuruq,"- bunu “Mastercard” şirkətinin direktor müavini Mayk Froman deyib. “Bu qlobal problem nəinki bütün dünyada əhalinin sağlamlığı və təhlükəsizliyi üçün bir risk yaradır, eyni zamanda, dünyada milyonlarla insanın, müəssisələrin və təşkilatların iqtisadi fəalliğina potensial ziyan vurur. Təcrübəmiz bizə masaya yalnız kapitallarını deyil, həm də bir-birini tamamlayan aktivlər və bacarıqlarını da qoyan tərəfdaşlar şəbəkəsinin qurulmasının vacibliyini göstərir. İnkluziv inkişafın qayğısına qalan digər tərəfdaşlarında bu səyə qoşulmağını alqışlayırıq."