Newscenter.az.14.03.2020. Azərbaycan və Gürcüstan arasında hərəkət bu gündən etibarən yalnız iki sərhəd-keçid məntəqəsi - “Laqodexi” və “Qırmızı Körpü” vasitəsilə mümkün olacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, bu barədə razılıq iki ölkənin hökumətləri arasında əldə olunub.
Bu gündən qüvvədə olan müvəqqəti rejim dəyişməz olaraq qalıb və hər iki tərəf vətənə dönmək istəyən vətəndaşların qayıtmasını təmin edəcək.
Qeyd edək ki, bu gündən etibarən Azərbaycan və Gürcüstan arasında gediş-gəliş 10 gün müddətinə məhdudlaşdırılıb. Bu qərar ölkələr arasındakı yük daşımalarına şamil olunmayıb.