Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc YAP-çı prezidentdən kömək istədi-VİDEO



Newscenter.az.14.03.2020. Xocalı sakini, gənc YAP-çı, Xocalı Rayon İcra Hakimiyyətinin Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sabiq baş məsləhətçisi Aynurə Abışova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Newscenter.az xəbər verir ki, Aynurə Abışova dövlət başçısına ünvanladığı müraciətdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovdan şikayət edib, icra hakimiyyəti başçısının qeyri-qanuni əməllərindən bəhs edib.

Aynurə Abışova diqqətə çatdırıb ki, Şahmar Usubov onu vətənpərvər gənclərlə birlikdə milli qəhrəman Mübariz İbrahimovun xidmət etdiyi hərbi hissəyə getdiyinə görə cəzalandırıb və onu heç bir əsas olmadan işdən azad edib.
Xəbəri paylaş