Newscenter.az.14.03.2020. Müdafiə naziri Zakir Həsənov mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər əsasında hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.
Newscenter.az xəbər verir ki, nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.