Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən silah və hərbi texnika alınacaq



Newscenter.az.14.03.2020. Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcək.

Newscenter.az xəbər verir ki, bu fikirləri müdafiə naziri Zakir Həsənov martın 14-də keçirdiyi xidməti müşavirədə səsləndirib.

Cari ayın əvvəlində Azərbaycan Ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə danışan Müdafiə naziri döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyətini qeyd edib.
Xəbəri paylaş