Newscenter.az.15.03.2020. "Azərbaycan dövlətinin müvafiq qurumları Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycanlı tələbələr və burada yaşayan azərbaycanlı ailələrlə yaxından maraqlanır. Eyni zamanda Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti olaraq biz də burada yaşayan azərbaycanlılarla əlaqə saxlayıb onların problemlərinə dəstək olmağa çalışırıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Şimali Kipr Türk Respublikasında koronavirusa qarşı tədbirlər çərçivəsində burada yaşayan azərbaycanlılarla görülən işlərdən danışarkən qeyd edib. O, bildirib ki, Azərbaycanda olduğu kimi Şimali Kipr Türk Respublikasıda da virusa qarşı geniş tədbirler həyata keçirilir:
"Yaşadığımız ölkədə 130 mindən artıq xarici tələbə içərisində 300-ə yaxın Azərbaycan vətəndaşımız var. Eyni zamanda adada 100-ə yaxın azərbaycanlı ailə yaşayır. Bütün soydaşlarımızın vəziyyəti ilə bağlı Azərbaycan dövlətinin aidiyyatı qurumları maraqlanır. Dünənden etibarən onlarla azərbaycanlı ilə şəxsən əlaqə saxlamışam. Bir çox texniki problemi olanlara kömək etmişik. Kimin köməyə ehtiyacı varsa bizə müraciət edə bilər. Biz köməyə ehtiyacı olanların çoxundan xəbərdarıq və öz dəstəyimizi göstəririk. Bu hadisədən istifadə edib insanları, xüsusilədə övladları burada təhsil alanları narahat edəcək məlumatlar paylaşılmasın. Xahiş edirem. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyeti dövlətimizin qayğısı və dəstəyi ilə lazım olan hər şeyi edir".
Mehman