Newscenter.az.15.03.2020. Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Səhmdar Cəmiyyətin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.
Anar