Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliyada bir gündə koronavirusdan 368 nəfər həlak olub



Newscenter.az.15.03.2020. İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan 1 809 nəfər ölüb.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.

Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750 nəfərin yoluxduğu bildirilirdi.
Xəbəri paylaş