Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Gürcüstan sərhədində saxlanılan sərnişin avtobusları Azərbaycana buraxıldı



Newscenter.az.15.03.2020. "Bir neçə saat əvvəl daxil olan məlumata əsasən Bakı-İstambul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan 4 avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində "STAR OK" daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb".

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova verib. O, bildirib ki, "VARDAR", "ALPAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib:

"Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcəklər. Məlumat üçün qeyd edim ki,sərnişinlərimizin Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək. Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir".

Anar
Xəbəri paylaş