Newscenter.az.17.03.2020. “Biz başladıq! Bu gün 20 nəfər yaşlı və qayğıya ehtiyacı olan həmvətənim bizdən ərzaq və tibb məhsulları alacaq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Nigar Arpadarai səsləndirib. O, qeyd edib ki, məqsədimiz yaşlıların zərurət olmadan küçəyə çıxmasının və koronavirusa yoluxmasının qarşısını almaqdır: “Hamını bu aksiyaya qoşulmağa dəvət edirəm! Ətrafınızda olan yaşlı qonşunuzu xatırlayın, özünüzə alış-veriş edəndə ona da bir çörək alın. Xahiş edirəm ərzaq məhsullarını çatdıran zaman sizdən yoluxmanın qarşısını almaq üçün bütün gigiyenik qaydalara riayət edin”.
Millət vəkili qeyd edib ki, koronavirus təhlükəsi əsas olaraq yaşlılarımız üçün realdır:
“Yaşlılara qayğı bizim qanımızdadır, bu bizim ənənəmizdir! Ağsaqqallarımızı və ağbirçəklərimizi qoruyaq. Hər kəsə can sağlığı arzu edirəm”.
Mehman