Newscenter.az.17.03.2020. Rusiyada daha 21 nəfərdə koronavirus aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Tatyana Qolikova açıqlayıb.
Beləliklə, Rusiyada virusa yoluxanların sayı 114-ə çatıb. Məlumata görə, yoluxan 114 nəfərdən 10-u ölkə ərazisində yoluxub. Ümumilikdə infeksiya Rusiyanın 26 bölgəsində qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 188400-ə çatıb. Bunların 81 000 nəfəri sağalıb, 7 500 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.