Newscenter.az.18.03.2020. Son gün ərzində Fransada 89 nəfər COVİD-19 epidemiyasının qurbanı olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın Sağlamlıq üzrə baş direktoru Jerom Salomon bildirib. Ölənlərin 7 faizinin yaşı 65-dən aşağı olub.
“Biz bundan sonra sürətlə yayılan epidemiya ilə üz-üzəyik“ - Jerom Salomon bildirib.
Fransada bu gün COVİD-19 epidemiyasına yoluxanların sayı 9 134-ə, ölənlərin sayı 264-ə çatıb. Hazırda reanimasiyada 931 nəfər ağır vəziyyətdə saxlanılır.
Xatırladaq ki, 17 martdan başlayaraq ölkədə karantin rejimi tətbiq edilib, vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. 67 milyon əhali istisna hallarda evdən bayıra çıxa bilər.
Ölkə üzrə hazırda 100 min polis və jandarm əhalinin karantin rejimi qaydalarına riayət etməsinə nəzarət edir. Qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar karantinin ilk günü 38 avro, ikinci günündən etibarən isə 135 avro cərimə olunurlar. Cərimənin məbləği 375 avroya qədər artırıla bilər.